Palace.az
Loqolu salafan paket çapı · Bakı

Loqonuz hər paketdə, hər küçədə

Mağazanız, kafeniz və ya onlayn biznesiniz üçün loqolu salafan paketlər. Hər paketi trafaretlə əl ilə çap edirik, Bakıya və rayonlara çatdırırıq.

0.15 AZN1 ədədin ən aşağı qiyməti
50 ədədminimum sifariş
Bakı + rayonlarçatdırılma
Polietilen paket çapı nə üçün lazımdır

Paketiniz şəhərdə gəzən reklamdır

Müştəri sizdən aldığı malı paketdə aparır: küçədə, metroda, avtobusda. Paketin üzərində loqonuz varsa, onu yüzlərlə insan görür. Siz də bunun üçün əlavə reklam pulu ödəmirsiniz.

Hər alıcı reklam aparırPaket əldən-ələ keçir, evdə yenidən istifadə olunur. Loqonuz dəfələrlə görünür.
Ucuz reklam26×38 sm paketin 1 ədədi 1000 ədəd sifarişdə cəmi 0.30 AZN-ə başa gəlir.
Peşəkar görünüşLoqolu paket mağazanızı ciddi və etibarlı göstərir.
Müştəri sizi yenidən tapırPaketdə telefon və Instagram yazılanda müştəri növbəti dəfə sizi asanlıqla tapır.
Trafaret çapı nədir

Boya torun içindən keçib birbaşa paketə düşür

Trafaret çapına ipək çap və ya screen printing da deyirlər. Bu, ən etibarlı çap üsullarından biridir. Xüsusi torun üzərində dizaynın formasında açıq yerlər qalır. Boya rakellə torun üstündən çəkilir və yalnız həmin açıq yerlərdən keçib paketə düşür.

Polietilen üçün xüsusi boyadan istifadə edirik. Ona görə çap paketə yaxşı yapışır və tez silinmir.

  1. 1
    DizaynLoqonuzu yoxlayırıq və ölçüsünü paketə uyğunlaşdırırıq.
  2. 2
    TrafaretDizayn işığa həssas emulsiya çəkilmiş tora köçürülür. Hər rəng üçün ayrıca tor hazırlanır.
  3. 3
    ÇapPaket masaya qoyulur, boya rakellə torun üstündən bir hərəkətlə çəkilir. Hər paket əl ilə çap olunur.
  4. 4
    Qurutma və qablaşdırmaPaketlər qurudulur, sayılır və sizə çatdırılır.
Parlaq və tünd rəngBoya qalın qatla düşür, ona görə qara paketdə ağ çap da aydın görünür.
DavamlıdırÇap su və sürtünmədən tez silinmir, paket təkrar istifadə olunanda da qalır.
Çox sifarişdə ucuzdurSay artdıqca qiymət düşür: 15×20 sm paket 100 ədəddə 0.30 AZN, 1000 ədəddə 0.15 AZN-dir.

Ölçülər və qiymətlər

Qiymət tək üz və tək rəngli çapa aiddir İki üzlü çap +30% Kiloqramla: 200 kq-dan
Böyük sifarişlər

Kiloqramla da çap edirik

Minimum sifariş 200 kq. Qiymət və şərtlər haqqında məlumat almaq üçün bu nömrə ilə birbaşa əlaqə saxlayın.

+994 77 300 51 30
Kimlərə lazımdır

Malı paketdə satılan hər biznesə

Aşağıda hər biznes üçün ən çox seçilən ölçüləri yazmışıq. Ölçüyə bassanız, dizayn bölməsində həmin paket açılacaq.

Öz brendiniz

Brendiniz paketdən başlayır

Kiçik mağaza da böyük brend kimi görünə bilər. Müştəri loqonuzu paketdə görür, yadda saxlayır və dostlarına deyir. Öz adınızı, loqonuzu və əlaqə məlumatınızı paketə çap etmək brendinizi tanıtmağın ən sadə yoludur.

Paketimi dizayn et
Yaxşı paket dizaynı üçün məsləhətlər
  • Loqo sadə olsun. Trafaretdə aydın xətlər və iri hərflər ən yaxşı alınır.
  • Bir rəng kifayətdir. Qara paketdə ağ, ağ paketdə göy və ya qırmızı boya uzaqdan seçilir.
  • Əlaqə məlumatı yazın. Telefon, Instagram və ya sayt ünvanı.
  • Çox kiçik yazı qoymayın. Hərflərin hündürlüyü ən azı 3–4 mm olsun.
Onlayn dizayn

Öz loqonu paketin üzərində yoxla

Ölçünü və rəngi seçin, loqonuzu şəkil və ya PDF kimi yükləyin. Paketin görünüşü və qiyməti dərhal çıxır.

Dizaynı siçanla və ya barmaqla dartıb yerini dəyişin.
1Ölçü en × hündürlük
2Paketin rəngi
3Dizayn faylı
Loqonuzu yükləyinŞəkil (JPG, PNG, SVG) və ya PDF. Kompüterdə faylı bura da ata bilərsiniz.

Nümunə loqo göstərilir. Öz faylınızı yükləyin.

4Çap
5Say
6Çatdırılma

Çatdırılma ödənişlidir. Qiyməti ünvana görə WhatsApp-da dəqiqləşdiririk. Sifariş 3–5 gün ərzində təhvil verilir.

Ödəniş
0AZN
    Yalnız mesaj yaz

    "Dizaynı göndər" basanda paketin şəkli və sifariş məlumatı hazırlanır. Telefonda açılan siyahıdan WhatsApp-ı seçib göndərin.

    Sifariş mətnini göstər
    Tez-tez verilən suallar

    Sifarişdən əvvəl bilmək istədikləriniz

    Cavabını burada tapmadığınız sualı WhatsApp-da yazın.

    Sifariş neçə günə hazır olur?

    Sifariş 3–5 gün ərzində təhvil verilir.

    Ödənişi necə edə bilərəm?

    Ödənişi nağd və ya kartla edə bilərsiniz.

    Çatdırılma varmı? Pulsuzdurmu?

    Bakıya və Azərbaycanın rayonlarına çatdırırıq. Çatdırılma pulsuz deyil. Qiyməti ünvana görə WhatsApp-da dəqiqləşdiririk.

    Ən az neçə ədəd sifariş vermək olar?

    15×20 və 20×30 sm ölçülərdə ən az 100 ədəd, qalan ölçülərdə ən az 50 ədəd.

    Qiymətlərə nə daxildir?

    Qiymətlər paketin bir üzünə tək rəngli çapla birlikdədir. İki üzlü çap qiymətin üzərinə 30% əlavə olunur. Çoxrəngli çapın qiymətini WhatsApp-da soruşun.

    Loqonu hansı formatda göndərim?

    PDF, PNG, JPG və ya SVG faylı göndərə bilərsiniz. Saytdakı "Loqonu yoxla" bölməsində loqonuzun paketdə necə görünəcəyinə baxa, sonra faylı WhatsApp-da göndərə bilərsiniz.

    Paketlər hansı rəngdədir?

    Hazırda ağ və qara paketlər var. Başqa rəng lazımdırsa, WhatsApp-da soruşun.

    Kiloqramla sifariş vermək olar?

    Bəli, kiloqramla da çap edirik. Minimum sifariş 200 kq-dır. Məlumat üçün +994 77 300 51 30 nömrəsi ilə birbaşa əlaqə saxlayın.

    Çap silinmirmi?

    Polietilen üçün xüsusi trafaret boyasından istifadə edirik. Çap paketə yaxşı yapışır və tez silinmir.

    Xidmətlərimiz

    Bakıda loqolu paket sifarişi

    Palace.az salafan paket çapı ilə məşğuldur. Polietilen paketlərin üzərinə loqonuzu, telefon nömrənizi və Instagram səhifənizi trafaretlə çap edirik. Bu paketlərə selofan və ya sellofan paket, reklam paketi, firma paketi də deyirlər.

    Banan saplı ağ və qara paketlər 15×20 sm-dən 50×60 sm-ə qədər 6 ölçüdə hazırlanır. Sifarişi Bakıya və Azərbaycanın rayonlarına çatdırırıq.

    Loqolu paketSalafan paket çapıPolietilen paket çapıReklam paketiFirma paketiBanan saplı paketMağaza paketiButik paketiAptek paketiŞirniyyat paketiPaket üzərinə çapTrafaret çapıПакеты с логотипом в БакуПечать на пакетах

    Əlaqə

    Zəng edin və ya WhatsApp-da yazın.